Tezliklə Liderlərə çevrilmə macəramız başlanır

Tezliklə Liderlərə çevrilmə macəramız başlanır

Bu gün üzərində yaşadığımız dünya elə bir vəziyyətə düşüb ki,insanlar gələcəklə bağlı stess və qayğı içərisindədirlər.İstər iqtisadi problemlər,istərsə də koronavirus pandemiyasının fəsadları,digər tərəfdən,qlobal istiləşmə,siyasi böhranlar,müharibə və hərbi toqquşma riskləri,buna bağlı məcburi miqrasiya prosesləri dünyada bir xoas mənzərəsi yaratmışdır.Bu mənzərə dünya üçün yad bir mənzərə olmasa da bu dəfə üst-üstə yığılmış problemlərin həlli üçün daha çox resurslar və daha sıx əməkdaşlıq tələb olunmaqdadır.Digər tərəfdən isə, daha çox liderlik və xidmət etmək cəsarətinə ehtiyac vardır.Mübaliğəsiz demək olar ki,Yer kürəsinin bəşəriyyətin beşiyinə çevrildiyi son 2 milyon illik dövrdə ilk dəfədir ki, liderlərə bu qədər çox ehtiyac duyulur.Bunları oxuyarkən başımıza gələnlərin səbəbkarlarından biri də elə müasir liderlər deyildirmi deyə soruşduğunuzu eşidən kimi oluram.Təəssüf ki,haqlısınız.Bəzi avtokratik liderlərin fəaliyyətləri nəticəsində dünya yenidən fəlakət dövrünə gəlib çatmışdır.Burada liderləri göbələklər kimi düşünməkdə fayda vardır.Göbələklərin bəziləri zəhərli, bəziləri yeməli olduğu kimi liderlərin də bəziləri zərərli,bəziləri faydalıdır.Məharət zərərli liderləri tanımaq və onlara çevrilməməkdədir.O zaman,ehtiyac duyulan liderlər deyəndə kimləri nəzərdə tuturuq,əlbəttə ki,xidmətkar liderləri:Avraam Linkolnu, Qandini, Malkolm X-i, Nelson Mandelanı nəzərdə tuturuq.Bu gün xidmətkar liderlərin fəaliyyətlərinə dünyanın daha çox ehtiyacı vardır.Yaxşı xəbər budur ki,tezliklə başlayacaq olan liderlik təlimlərimizlə xidmətkar liderlərin cərgəsinə siz də qoşula biləcəksiniz.İstər elm və təhsil sahəsində,istər kənd təsərrüfatında, istər siyasətdə,istərsə də sosial fəaliyyət sahəsində,hansı sahədə fəaliyyət göstərməyinizdən asılı olmayaraq müsbət miras qoyan liderlərə çevrilmək sizin öz əlinizdədir.Tezliklə, nə istədəyini bilən,özünü reallaşdırarkən, dünyada da təkrarolunmaz iz qoyan lidərlərə çevrilmənizə kömək edəcək təlimlərimizdə bir araya gəlmək ümidi ilə…

Postu paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir