Təslim olmamısınızsa qalibsiniz

Təslim olmamısınızsa qalibsiniz

Heç rədd edildinizmi? O işə girməyə çox ehtiyacınız vardı,ama keçə bilmədiniz.Hüququşünas olmaq istəyirdiniz,amma imtahan balınız çatmadı.Bəlkə də uzun illər yaratmaq istədiyiniz proyekt uğursuzluğa düçar oldu.Bunlardan heç olmasa biri başınıza gəldisə yəqin ki özünüzü çox bərbad ,uğursuz hiss etmisiniz və ən pisi bir daha cəhd etmədən təslim olmusunuz.Amma gəlin tələsməyək və aşağıdakıları oxuyaq:

     Qədim dövrdə Yunanıstanda Demosfen adlı insan yaşayırdi.O,natiq olmaq istəyirdi, lakin insanlar qarşısında ilk çıxışı tam bir uğursuzluq oldu.Demosfen anadangəlmə kəkələyirdi.Dinləyicilər ona gülüb qovurdular.  Amma Demosfen geri çəkilmədi və kəkələməyə qalib gəlmək üçün ağzına daş doldurub danışaraq aylarla məşq etdi.Nəhayət kəkələməyə qalib gəldi və Yunanıstanın ən məşhur natiqi oldu.

     Genetika elminin qurucusu Qriqor Mendel dəfələrlə cəhd etsə də istədiyi universitetə daxil ola bilməmişdi. Daxil olduğu fakültələrdəki təhsilini isə yarımçıq buraxmışdı.Hətta bir müəllimi onun haqqında demişdi ki,Mendeldə elm adamı olmaq üçün istedad yoxdur.Buna baxmayaraq o,yeni və çox vacib bir elm sahəsinin əsasını qoydu

     “Külək kimi keçdi”kitabının müəllifi Marqareta Mitçell bu kitabı 38 dəfə cəhd etdikdən sonra nəşr etdirə bilmişdir.Lakin kitab nəşr olunan kimi müəllifinə çox böyük şöhrət gətirdi.

     Məşhur musiqiçi Bethovenin uşaqlıqda skripka tutmağına baxan müəllim bu uşaqdan musiqiçi olmaz demişdi.

     Bu siyahını istədiyimiz qədər uzada bilərik.Lakin rasional insan üçün bircə fakt da bəsdir.Ondan daha öncə bu işə nail olmuş bircə insan.Həmin rasional insan ki,o,həmisə belə düşünür:”Əgər məndən öncə kimsə uğursuzluğa qalib gəlibsə,mənim də qalib gəlməyim üçün heç bir əngəl yoxdur.”

Postu paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.