Müdriklik hekayətləri – 1

Müdriklik hekayətləri – 1

Hekayətlər çox önəmlidirlər.Xüsusən də, bəzi hekayətlər var ki,onların hər bir cümləsi ayrı-ayrılıqda şərh olunmalıdır.Bir hekayə bütöv bir cild kitabdan daha çox müdriklik daşıya bilər.Budur, belə hekayətlərdən biri:

    Bir adamı şəhər meydanına asmağa aparırdılar.İnsanlar görmək üçün dəstə-dəstə şəhər meydanına axışırdılar.İnsanların irəli keçmək üçün bir-birilərini əzdiyini görən adam dayandı və güldü.Dedi ki,bir-birinizi əzməyin. Mən hələ burdayam.Mən ora çatmamış onsuz da heç nə olmayacaq.

Bir adamı şəhər meydanına asmağa aparırdılar.Nə üçün şəhər meydanında asmağa? Çünki qədimdən bəri idarə edənlər ölümün insanların ən böyük qorxusu olduğunu bilirlər.Ölümlə qorxudaraq insanları idarə edirlər.Buna görə də öldürmək üçün insanların ən sıx olduqları yeri,şəhər meydanını seçirlər ki,hər kəsə dərs olsun,hər kəsdə qorxu yaransın.Bu gün İrana gedin.Yenə də həmin üsuldan istifadə edirlər.İnsanları şəhər meydanında,digər insanların gözü qabağında asırlar.

 İnsanlar görmək üçün dəstə-dəstə şəhər meydanına axışırdılar.Asılacaq olan maraqlı biri olmalı,yoxsa insanlar dəstə-dəstə görməyə gəlməzdilər.İnsanlar bu cür əyləncələri sevərlər.Biri asılarsa orda olmaq istərlər,biri döyülürsə orda olmaq istərlər.Çünki gündəlik işlərdən sıxılarlar,tamaşa etmək,əylənmək istərlər.Buna görədir ki,bütün həyatını filmlərə baxmaqla keçirən insanlar var.Onlar daima tamaşa etmək istərlər,drama, faciəyə, komediyaya.Fərqi yoxdur,vaxtlarını öldürsünlər ki,darıxmasınlar.

İnsanların irəli keçmək üçün bir-birilərini əzdiyini görən adam dayandı və güldü.Bu cümlədə artıq o insanla tanış oluruq.Çox möhtəşəm bir insan olmalı.Ölümə gedərkən insanlara baxmaqdadır və onların axmaqlığına gülür.Bu insan mənə İsanı xatırladır.O da,çarmıxdaykən insanlara baxıb gülmüşdü.Böyük sufi mistik Həllac Mənsur da son nəfəsində insanlara gülmüşdü.Nə üçün bu möhtəşəm insanlar digər insanlara gülərlər?Çünki onlar insanların yatmış olduqlarını görürlər.Adi insanlar sürü kimi hərəkət edərlər.Sən onlara sürü desən səndən inciyərlər.İnciməkləri belə onların sürü olduqlarının xəbərçisidir.Və o,möhtəşəm insan irəli soxulmaq üçün bir-birilərin əzən insanlara baxıb güldü.O,ağılsız olduqları halda yenə də bu insanları sevirdi. Bütün aydınlanmış insanlar digər insanları candan sevərlər.Ona görə onların özlərini boş yerə əzmələrinə ürəyi dözmədi.Dedi ki,bir-birinizi əzməyin.Mən hələ burdayam.Mən ora çatmamış onsuz da heç nə olmayacaq. Mən burdayam.Asılacaq olan mənəm.Mən hələ yoldayam.Mənə görə burada olduğunuzu unutdunuzmu?Məndən əvvəl getməyin nə lüzumu var?Buna görə əzilməyə dəyməz.İnsanlar isə tələsirlər. Bütün həyatları tələsməklə keçir.O qədər tələsirlər ki,nəyin onlara lazım olub,nəyin lazım olduğunu düşünmürlər.Tarix boyu,bütün möhtəşəm insanları bu cür tələsən insanlar asıblar.Onlardan tez yaxa qurturmaq istəyiblər.Çünki aydınlanmış bir insan onlara axmaqlıqlarını xatırladıb.Çünki aydınlanmış bir insan həmişə meydana yığılan bir milyon insandan daha ağıllıdır.

Postu paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir