Növbəti Rusiya-Ukrayna hərbi münaqişəsi barədə qısa mülahizələr
Rusiyanın Ukraynaya hücum etməsinə saatlar qaldığının rəsmi ağızlardan söylənildiyi bu günlərdə hərbi toqquşmaların nə cür cərəyan edəcəyi ilə bağlı bir neçə nüansa diqqət yetirmək lazımdır.Birincisi,niyə Rusiya beynəlxalq təzyiqlərə baxmayaraq Ukraynaya hücum etmək fikrindədir? Ümumiyyətlə,Rusiyanın jeopolitik siyasətinin əsasını bir quru imperiyası olaraq dəniz imperiyası olan Anqlo-Sakson ittifaqına (ABŞ-İngiltərə və müttəfiqləri) qarşı mübarizə təşkil edir.Və bu mübarizədə...