Növbəti Rusiya-Ukrayna hərbi münaqişəsi barədə qısa mülahizələr
Rusiyanın Ukraynaya hücum etməsinə saatlar qaldığının rəsmi ağızlardan söylənildiyi bu günlərdə hərbi toqquşmaların nə cür cərəyan edəcəyi ilə bağlı bir neçə nüansa diqqət yetirmək lazımdır.Birincisi,niyə Rusiya beynəlxalq təzyiqlərə baxmayaraq Ukraynaya hücum etmək fikrindədir?
Ümumiyyətlə,Rusiyanın jeopolitik siyasətinin əsasını bir quru imperiyası olaraq dəniz imperiyası olan Anqlo-Sakson ittifaqına (ABŞ-İngiltərə və müttəfiqləri) qarşı mübarizə təşkil edir.Və bu mübarizədə ən taleyönümlü ölkə Ukraynadır.Ukrayna Rusiya imperiyasının Qara dənizə və Balkanlara başqa sözlə isti dənizlərə gedən yolunun üstündə əvəzolunmaz dayaq məntəqəsidir.Putin və onun komandası bilir ki,Ukraynasız Avropanı təhdid altında saxlayan bir Rusiya imperiyası yaratmaq mümkün deyil.Hal-hazırdakı münaqişə vəziyyətində Azov dənizinin demək olar ki, Rusiyanın daxili dənizin çevrilməsi və Krımın ilhaqı ilə birlikdə Qara dənizdə önəmli strateji nöqtələrin ələ keçilirilməsinə baxmayaraq,rusların hədəflərindən biri həmişə Odessa olaraq qalacaqdır.Çox güman ki,Putin artıq ordusuna Ukraynanın Qara dəniz sahili torpaqlarını və ən əsası Odessanı tutmaq əmri vermişdir.Baxmayaraq ki, əsas ordu şimalda,Ukrayna-Rusiya və Ukrayna-Belorus sərhədində toplaşıb, bu əslində aldatma manevri kimi görünür.Putin və komandası yaxşı bilir ki,indiki şəraitdə Kiyev və Qərbi Ukraynadakı milliyyətçi Ukrayna əhalisinin yaşadığı şəhərlərini işğal etsələr belə onları əldə saxlamaq mümkün deyil.Lakin Odessa kimi əhalisinin 25 faizi rus olan beynəlmiləl bir şəhəri isə əldə saxlamaq mümkündür.Bu baxımdan müharibə başlasa əsas hədəf Ukraynın Moldaviya və Rumuniya sərhədi olacaqdır.Təsadüfü deyil ki, ABŞ da əsas diqqəti Rumuniyada Nato qüvvələrinin gücləndirilməsinə yönəltmişdir.
Beləliklə,Ukrayna ABŞ diplomatı və dövlət xadimi Zbiqinev Brzezinskinin də dediyi ki, Rusiyanı nəzarətdə saxlamaq üçün lazım olan 3 əsas ölkədən biridir.(Azərbaycan və Özbəkistanla birlikdə) ABŞ və müttəfiqləri Ukraynanı əldə saxlaya bilməsələr bu Anqlo-Sakson İttifaqına çox ağır zərbə olacaqdır.Digər tərəfdən də,Putinin məsləhətçilərindən biri sayılan rus stratejist Aleksandr Duginin də dediyi kimi Ukraynanın müstəqilliyi Rusiyanın geopolitikası üçün o qədər mənfi bir haldır ki,hər an müharibəyə səbəb ola bilər.
Bir cavab yazın